Bakının Mirzəağa Əliyev küçəsinin Murtuza Muxtarov küçəsi ilə kəsişməsində avtonəqliyyat vasitələrinin hərəkəti sabahdan etibarən məhdudlaşdırılacaq. Modern.az xəbər verir ki, “Azəravtoyol” ASC-nin Mətbuat katibliyinin məlumatına görə, buna səbəb Yasamal rayonu ərazisində Füzuli meydanı və Təzəpir məscidi kompleksinin ətrafındakı yol infrastrukturunun yenidən qurulmasıdır. Hərəkətin məhdudlaşdırılması sözügedən ərazidə aparılan yenidənqurma işləri bitənədək qüvvədə olacaq.
Modern.az