Ucar -Zərdab yolunda ölən və xəsarət alanların adları məlum olub. Modern.az APA-ya istinadən xəbər verir ki, Zərdab rayon sakini, 1984-ci il təvəllüdlü Adışirin Soltan oğlu Sadıqov hadisə yerində ölüb.
Ucar rayonunun Qazyan kənd sakini, 1957-ci il təvəllüdlü Nizami Faxrəd oğlu Manafov və Zərdab rayon sakini, 1966-cı il təvəllüdlü Cavanşir İbiş oğlu Mürşüdov isə xəsarət alıb.
Qeyd edək ki, 90 XM 720 dövlət nömrə nişanlı, “Mercedes” markalı avtomobillə 03 BB 478 dövlət nömrə nişanlı, “VAZ 21011” markalı avtomobil toqquşub. Yol qəzası nəticəsində ölən A. Sadıqov Zərdab Suvarma Sistemləri İdarəsinin keçmiş rəisinin oğludur.
Modern.az