Fransada prezident seçkilərinin birinci turunda saat 14:00-dək seçicilərin 28,54 faizi səsvermədə iştirak edib.
Modern.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu, 2012-ci ildəki seçkilərin müvafiq göstəricilərini üstələyir.
Qeyd edək ki, birinci turda ən çox səs toplamış iki namizəd mayın 7-də keçiriləcək ikinci turda iştirak edəcək.
Birinci turda seçkilərdə 11 namizəd qeydə alınıb.
Modern.az