Qahirədə cinayət məhkəməsi 20 nəfər barədə edam qərarı çıxarıb. Modern.az xəbər verir ki, edama məhkum olunanlar 2013-ci ildə polislərin öldürülməsində ittiham olunub.
Qeyd edək ki, həmin şəxslərin hamısı ölkənin keçmiş prezidenti Məhəmməd Mursinin tərəfdarları olub.
Modern.az