Modern.az

Nazirlik pozuntularla bağlı Baş Prokurorluğa müraciət etdi

Nazirlik pozuntularla bağlı Baş Prokurorluğa müraciət etdi

Aktual

19 İyun 2017, 18:15

Kənd Təsərrüfatı Nazirliyinin “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nazirliyin əməkdaşları tərəfindən maliyyə-təsərrüfat fəaliyyətinin auditi aparılıb.

 

Modern.az Nazirliyin mətbuat xidmətinə xəbər verir ki, audit yoxlaması zamanı Cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyətində bir sıra nöqsan və çatışmazlıqlar aşkar edilib.

Bununla əlaqədar “Biləsuvar Kənd Təsərrüfatı İstehsalat Müəssisəsi” Məhdud Məsuliyyətli Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin audit yoxlamasının nəticələrinə dair materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.

 

Modern.az

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir