Modern.az

Antalyada son 88 ilin ən isti günü yaşanıb

Antalyada son 88 ilin ən isti günü yaşanıb

Dünya

1 İyul 2017, 23:16

Türkiyənin Antalya şəhərində son 88 ilin ən isti günü yaşanıb. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu gün Antalyada hava temperaturunun ölçülməyə başlandığı 1929-cu ildən bəri ən isti gün yaşanıb. Belə ki, 2000-ci ildə şəhərdə 45 dərəcə isti qeydə alınmışdı. Bu gün isə 45,4 dərəcə temperaturla son 88 ilin rekordu yenilənib.

Sinoptiklərin məlumatına görə, bölgədə mövsüm üçün normal göstəricilərdən 10-12 dərəcə yüksək istilər hökm sürür. Antalyada anomal isti hava şəraitinin sabah da davam edəcəyi bildirilir.

Bu gün İstanbulda da hava çox isti keçib, termometrin göstəricisi 44 dərəcəyədək yüksəlib.

 

Modern.az

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı