Türkiyədə 6,3 bal gücündə zəlzələ qeydə alınıb.
Modern.az Anadolu agentliyinə istinadla xəbər verir ki, zəlzələ Türkiyənin kurort şəhəri Bodrumda və Yunanıstanın Kos adasında hiss olunub.
Yunanıstanda binanın uçması nəticəsində 2 nəfər ölüb, Türkiyədə isə 70 nəfər xəstəxanalara müraciət edib.
Zəlzələnin episentri dənizdə, Türkiyənin Bodrum şəhərindən 10,3 kilometr, Yunanıstanın Kos adasından isə 16,2 kilometr aralıda yerləşib.