Avqustun 2-də Abşeron rayonu, Saray qəsəbəsində “Mercedes” markalı minik avtomobili su kanalına düşüb. Fövqəladə Hallar Nazirliyindən Modern.az-a verilən məlumata görə, hadisə nəticəsində suda batan sürücü, 1978-ci il təvəllüdlü Elnur Elxan oğlu Salmanovun cəsədi dalğıc-xilasedicilər tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 05:02-də başa çatıb.