Goranboyda ölümlə nəticələnən yol qəzası baş verib. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qızılhacılı kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, yolu keçmək istəyən Qızılhacılı kənd sakini, 1960-cı il təvəllüdlü Həsənova Afərin Xəlil qızı "VAZ 2107" markalı avtomobil tərəfindən vurulub. Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Modern.az