Modern.az

Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək

Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək

12 Avqust 2017, 13:48

Azərbaycan millisinin futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək.

 

Modern.az xəbər verir ki, futbolçumuz “Anortosis” klubuna transfer olunmaq üzrədir. Kipr mətbuatının yaydığı xəbərə görə, 25 yaşlı yarımmüdafiəçi bu gün Famaqusta təmsilçisində tibbi müayinədən keçəcək. Onun “Anartosis”lə 1 illik müqavilə imzalayacağı gözlənilir.

 

Qeyd edək ki, A.Abdullayev bu ilin qış transfer pəncərəsində “Qəbələ”yə keçib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir