Modern.az

Avropanı yeni terror dalğası gözləyir - TƏHLÜKƏ

Avropanı yeni terror dalğası gözləyir - TƏHLÜKƏ

Dünya

7 Sentyabr 2017, 14:59

İŞİD lideri Əbubəkr Əl-Bağdadi Böyük Britaniya və digər Avropa ölkələrində yeni terror dalğası planlaşdırır. Modern.az xəbər verir ki, bu barədə İngiltərənin “The Telegraph” qəzeti yazır.

 

Qəzetin məlumatına görə, İraq və Suriyada ardıcıl məğlubiyyətə uğrayan qruplaşma Avropada silsilə terror aktları törətməklə döyüşüçlərinin mənəvi ruhunu yüksəltməyə çalışır.

 

“Ağır itki verən terrorçular Qərbdə silsilə terrorlar hazırlayır. İŞİD İraq və Suriyada çox ərazi itirsə də, bu hələ onların sonu deyil”-deyə Suriyadakı kürd qruplaşmalarının liderlərindən Lahur Talabi açıqlama verib.

 

Bununla yanaşı, İraq və Suriyada yeni nəsil terror qruplaşmalarının yarandığı da bildirilir.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir