Modern.az

Şəmkirli deputatların təşəbbüsü ilə 350 uşaq müayinə olunub (FOTOLAR)

Şəmkirli deputatların təşəbbüsü ilə 350 uşaq müayinə olunub (FOTOLAR)

Parlament

28 May 2011, 14:46

28 May Respublika günü münasibətilə Şəmkir rayonunda bayram tədbirləri ilə yanaşı, rayondan seçilmiş deputatların təşəbbüsü ilə xeyriyyə aksiyası da təşkil olunub. Belə ki, Şəkmir rayonundan seçilmiş deputatların təşəbbüsü ilə rayonunda yaşayan, göz xəstəliklərindən əziyyət çəkən və sosial vəziyyəti nisbətən çətin olan uşaqların gözlərinin müayinəsi üçün xeyriyyə aksiyası keçirilib.

Modern.az-ın məlumatına görə, tibbi müayinə Akademik Zərifə Əliyeva adına Milli Ofotolmologiya Mərkəzinin yüksək ixtisaslı göz həkimləri tibb elimləri namizədi, aparıcı elmi işçi Nigar Xanlarova, tibb elimləri, aparıcı elmi işçi, uşaq şöbəsinin müdiri Nubar Haşımova, elmi işçi aspirant Cəmilə Samədovanın iştirakı ilə aparılıb.

Şəmkir rayonun Mərkəzi xəstəxanasında keçirilən aksiyada 350 nəfərə yaxın uşaq müayinə olunub.

 

 

 

 


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya Gürcüstana girir? - Hərbi əməliyyatlara hazırlıq…