Modern.az

12 yaşlı hamilə qızla bağlı son qərar verildi - Uşaq doğulmalıdır

12 yaşlı hamilə qızla bağlı son qərar verildi - Uşaq doğulmalıdır

Aktual

14 Sentyabr 2017, 16:20

Həkimlər 12 yaşlı hamilə ana barəsində konsilium keçirib.

Bu barədə AzNews.az-a açıqlama verən Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirib ki, bu gün Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 12 yaşlı qızla bağlı konsilium keçirilib:

“Qərara alınıb ki, 26 həftəlik hamiləlik dövründə 12 yaşlı uşaqda heç bir pataloji hal müşahidə olunmur. Həm ana, həm də onun bətnindəki uşağın inkişafı normal səviyyədə gedir. Uşaq həftəlik nəzarətdə olmalıdır. 12 yaşlı qız uşağı doğmalıdır”.

Qeyd edək ki, Balakən rayonunda 12 yaşlı uşaq atalığından hamilə qalıb. Qeyri-rəsmi nikahda yaşadığı qadının qızını zorlayaraq onu hamilə qoyan Şindiyev Elçin Qədir oğlu barəsində istintaq dövrü üçün 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir