Modern.az

Akif Əli Bakını tərk edib?

Akif Əli Bakını tərk edib?

Aktual

16 Sentyabr 2017, 21:37

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli İstanbula gedib. Modern.az xəbər verir ki, bu barədə məlumatı moderator.az saytı yayıb.

Məlumata görə, Akif Əli səhhətində yaranan problem üzündən Türkiyəyə, İstanbuldakı klinikaların birinə yollanıb.

İş günü olmadığından və Akif Əlinin mobil telefonu bağlı olduğundan xəbəri onun özü ilə  dəqiqləşdirmək mümkün olmayıb.

Qeyd edək ki, Akif Əli bir müddət öncə  dünya şöhrətli alim Lütfi Zadə haqqında dediyi qeyri-etik ifadə səbəbindən qınaqla üzləşib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir