Modern.az

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov pakistanlı həmkarı ilə görüşüb

Aktual

24 Sentyabr 2017, 11:40

Xarici işlər naziri Elmar Məmmədyarov BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində Pakistan İslam Respublikasının xarici işlər naziri Kavaca Asiflə görüşüb.

 

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E. Məmmədyarov görüşdə iki dövlət arasında əməkdaşlığın ikitərəfli və çoxtərəfli müstəvidə yüksək səviyyədə inkişafından məmnunluğunu ifadə edib.

 

K.Asif Pakistanın isə dost ölkə olam Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiklərini bildirib.

 

Görüşdə Azərbaycan və Pakistan arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılması vacib sayılıb. Eyni zamanda energetika, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli prosesi, Ermənistanın işğal olunmuş ərazilərdə Azərbaycan xalqının maddi-mədəni irsini, İslam dininə aid ibadət ocaqlarını vəhşicəsinə talan və məhv etdiyini, qoşunların təmas xətti boyunca mülki insanları, o cümlədən uşaq və qadınları qəsdən hədəfə aldığını diqqətə çatdırıb.

 

Görüşdə qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlərlə yanaşı, BMT Baş Assambleyasının 72-ci sessiyasının gündəliyində duran məsələlər barəsində fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir