Bu gün Misirdə törədilən silahlı insidentdə ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorçularla atışma zamanı Misirin Milli Təhlükəsizlik İdarəsi və Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstəsinin ölən əməkdaşlarının sayı 16 nəfərə çatıb.
Qeyd edək ki, insident Qahirənin 200 kilometrliyində baş verib.