Bir qədər əvvəl Ziya Bünyadov prospektində (Atatürk prospekti ilə kəsişməyə yaxın hissədə) zəncirvari yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Modern.az-a Bakı Nəqliyyat Agentliyinin İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
O qeyd edib ki, hazırda 20 Yanvar dairəsindən metronun "Koroğlu" stansiyası istiqamətində nəqliyyatın hərəkətində tıxac yaranıb:
"Sürücülərə qəzanın nəticələri aradan qaldırılanadək alternativ yollardan istifadə etmələri tövsiyə olunur".