Modern.az

Almaniyada polislə PKK tərəfdarları arasında qarşıdurma

Almaniyada polislə PKK tərəfdarları arasında qarşıdurma

Dünya

5 Noyabr 2017, 00:34

Almaniyada polislə aksiya keçirən PKK tərəfdarları arasında qarşıdurma yaşanıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Düsseldorf şəhərində polis aksiya iştirakçılarına qarşı gözyaşardıcı qaz və təzyiqli su ilə müdaxilə edib.

Türkiyə mətbuatının yaydığı məlumatda Düsseldorf polisinin PKK-nı təbliğ edən bayraqlar və Öcalan portretləri olmadan aksiyaya icazə verdiyi bildirilir.

Ancaq əllərində PKK-nı təbliğ edən bayraqlar və Öcalan portretləri olan aksiyaçılar qrupu TOMA buna məhəl qoymayıb, onun təmsilçiləri aksiyaya müdaxilə edən polislərə şüşə və bayraq sopaları ilə hücum ediblər.

Qarşıdurma nəticəsində yaralanan və həbs olunanların olduğu bildirilir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənilər sərhəddə təxribat törətdi – İki zabit yaralandı