Modern.az

“Hələ nəvələrinə də “putyovka” istəyirlər” - Deputatdan məmurlara ETİRAZ

“Hələ nəvələrinə də “putyovka” istəyirlər” - Deputatdan məmurlara ETİRAZ

Aktual

15 Noyabr 2017, 12:51

“Bəzən deputat yoldaşlarım ildə 4-5 dəfə “putyovka” istəyir. Qanunda var ki, ildə bir dəfə bu hüquqdan istifadə edilə bilər”.

 

Modern.az xəbər verir ki, bunu Həmkarlar İttifaqları Konfederasiyanın sədri, deputat Səttar Mehbalıyev parlamentin Əmək və sosial siyasət komitəsinin iclasında deyib.

 

O qeyd edib ki, ölkədə belə bir problemlər var.

 

“Bəzən Nazirlər Kabinetindən də adam “putyovka” üçün müraciət edir. Baxırsan özünün 60, oğlunun 40 yaşı var. Hələ nəvələrinə də istəyir. Belə bir problemlər var. Bu məsələni Prezident Administrasiyasında Aparat rəhbəri ilə də müzakirə etmişəm”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir