Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan ABŞ-ın Yaxın Şərq siyasətini kəskin tənqid edib.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Türkiyə dövlət başçısı rəsmi Vaşinqtonun özünə xidmət edən hökumətlər qurmaq üçün terrorla mübarizə pərdəsi altında Yaxın Şərqdə siyasətini yeridir.
“Biz ABŞ-ın regiondakı siyasəti ilə bağlı narahatlığımızı tez-tez dilə gətiririk. İŞİD məhv olsa da, sual işarəsi qalır. Nə üçün Suriyaya silahla yüklü maşınlar gedir? Biz işin məğzini bilirik. ABŞ-ı nə terrorla mübarizə, nə dinc sakinlərin həyatı nə də demokratiya maraqlandırır. Onlar terrorla mübarizə bəhanəsi ilə Yaxın Şərqin yeni dizaynını yaradırlar”.
Ərdoğan İŞİD-in gedişindən sonra regionda yeni terror təşkilatı – YPG-nin aktivləşdiyini də əlavə edib.