İran hakimiyyəti ibtidai məktəblərdə ingilis dilinin tədrisini qadağan edib. Modern.az xəbər verir ki, bu barədə ölkənin Təhsil Nazirliyinin məmuru Mehdi Navid-Ədhəm “Reuters”ə məlumat verib.
Onun sözlərinə görə, ölkənin ali dini rəhbəri Əli Hüseyni Xamenei bildirib ki, ingilis dilinin erkən öyrənilməsi qərb “mədəniyyətinin ekspansiyası”na yol açır: “Dövlət və qeyri-dövlət ibtidai məktəblərində ingilis dilinin rəsmi cədvəl üzrə təıdrisi qanun və normativ aktları pozur”.