İŞİD-in planlaşdırdığı genişmiqyaslı terror hücumunun qarşısını alınıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, terrorun qarşısını İordaniyanın xüsusi xidmət orqanlarının keçirdiyi əməliyyat nəticəsində almaq mümkün olub. Belə ki, həyata keçirilən əməliyyat nəticəsində terror qruplaşmasının 17 üzvü həbs edilib. Terror hücumlarının hədəfi polis idarələri, hərbi və ticarət obyektləri olub.
Həbs edilənlərin ictimai-siyasi sabitliyi pozmaq məqsədilə 2017-ci ilin noyabrında da bir neçə terror aktı törətməyi planlaşdırdıqları məlum olub.