İyulun 1-dən Təhsil Nazirliyi müəllimlərin işə qəbulu ilə bağlı elektron ərizlərin qəbulunu aparır. Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsindən verilən məlumata görə, bu il orta məktəblərdə 2000-ə qədər vakant yer müəyyənləşib. Bu günə olan məlumata görə, vakant yerlərə 7517 nəfər ərizə verib. Bütün ixtisaslar üzrə ərizə verənlərin 70%-dən çoxu Bakı şəhərində olan vakant yerləri seçiblər. Ən çox ərizə verənlər ibtidai sinif müəllimi yerlərini seçiblər – 1485 nəfər.
Müəllimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada üç mərhələli müsabiqə (elektron ərizədəki göstəricilərin qiymətləndirilməsi, test imtahanı və müsahibə) yolu ilə həyata keçiriləcək.
Modern.az-ın məlumatına görə, Təhsil Nazirliyinə təqdim edilən boş iş yerlərindən 323-ü Bakı məktəblərindədir. Təhsil Nazirliyindən saytımıza bildirilib ki, vakant yerlərdən ən çoxu Sabunçu rayonunun məktəblərindədir – 80 yer.
Xəzər rayonu ərazisindəki məktəblərdə 73 boş müəllim yeri var. Suraxanı məktəbləri 39, Binəqədi məktəbləri 36, Qaradağın təhsil ocaqları isə 33 müəllim axtarır.
Yasamal məktəblərinə 15, Nəsimi məktəblərinə 14, Nizami məktəblərinə 11 müəllim lazımdır. Xətai məktəblərində 10, Səbail məktəblərində 7, Nərimanov məktəblərində isə cəmi 5 boş iş yeri var.
(Vakant yerlərin tam siyahısına burdan baxma olar - //www.muallim.edu.az/arxiv/2011/25/vakansiya.pdf)
Təhsil Nazirliyindən bildirilib ki, elektron ərizələrin qəbulu sabah saat 09:00-dan etibarən dayandırılıralacaq.
Müəllimlərin işə qəbulu üzrə vakant yerlərə elektron ərizə verənlərin sayı aşağıdakı kimidir.
(1-14 iyul 2011-ci il tarixlərdə)
İxtisaslar | Bakı şəhəri üzrə vakant yerlərin sayı | Digər şəhər və rayonlar üzrə vakant yerlərin sayı | Cəmi: vakant yerlərin sayı | Elektron ərizə verənlərin sayı |
İbtidai sinif | 23 | 87 | 110 | 1485 |
Azərbaycan dili və ədəbiyyat | 22 | 243 | 265 | 1093 |
Riyaziyyat | 26 | 159 | 185 | 827 |
İnformatika | 29 | 159 | 188 | 345 |
Fizika | 8 | 122 | 130 | 412 |
Kimya | 7 | 134 | 141 | 276 |
Biologiya | 10 | 156 | 166 | 353 |
Tarix | 24 | 199 | 223 | 622 |
Coğrafiya | 17 | 244 | 261 | 335 |
İngilis dili | 68 | 173 | 241 | 1290 |
Fiziki tərbiyə | 89 | 63 | 152 | 245 |
Gənclərin çağırışaqədərki hazırlığı | 28 | 23 | 51 | 55 |
Əmək hazırlığı | 10 | 19 | 29 | 107 |
Musiqi və nəğmə | 10 | 12 | 22 | 36 |
Təsviri incəsənət, rəsmxət | 3 | 10 | 13 | 36 |
Cəmi: | 374 | 1803 | 2177 | 7517 |
Modern.az