Somalinin paytaxtı Moqadişoda törədilən iki partlayış nəticəsində ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə nəticəsində 38 nəfər həyatını itirib. Daha 20 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, daha əvvəl 18 nəfərin öldüyü bildirilirdi. Ötən gün Somalinin paytaxtı Moqadişoda partlayıcı maddə ilə doldurulmuş iki avtomobil partladılıb. Avtomobillərdən biri prezident sarayının yaxınlığında, digəri isə otelin qarşısında partladılıb. Partlayışlara görə məsuliyyəti regionda fəaliyyət göstərən "Aş-Şabab" terror qruplaşması öz üzərinə götürüb.