Böyük Britaniyada güclü partlayış olub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, partlayış Lester şəhərində baş verib. Hadisə zamanı ölən və ya xəsarət alanlar barədə hələlik məlumat verilmir.
Hazırda hüquq-mühafizə orqanları hadisənin səbəblərini araşdırır.