Modern.az

YAP-dan müxalifətin birgə aksiya təşəbbüsünə REAKSİYA  

YAP-dan müxalifətin birgə aksiya təşəbbüsünə REAKSİYA   

Aktual

28 Fevral 2018, 11:08

Milli Şura birgə mitinqlər keçirmək təşəbbüsü ilə Müsavat Partiyasına və REAL hərəkatına müraciət edib. Qarşı tərəf isə məmin müraciətə müsbət yanaşıb. Beləliklə də Milli Şura, Müsavat Partiyası və REAL Hərəkatı mart ayında – seçki kampaniyası dövründə kütləvi aksiyalar keçirəcək.

Modern.az saytı müxalifətin planlaşdırdığı  mitinqlərə hakim Yeni Azərbaycan Partiyasından münasibəti öyrənib.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, deputat Aydın Mirzəzadə qeyd edilən kütləvi aksiyaların qanun çərçivəsində keçirələcəyi təqdirdə normal hesab edib:


“Qanun daxilində keçirilən hər hansı bir tədbir məqbuldur. Bu baxımdan demokratik respublika olduğumuza görə, siyasi təşkilatlar və ya vətəndaş təşəbbüsü qrupları qanunun icazə verdiyi bütün fəaliyyət formalarından istifadə edə bilərlər”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir