ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə tarixdə ilk dəfə qadın rəhbərlik edəcək.
Modern.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.
MKİ-nin keçmiş rəhbəri Mayk Pompeo ABŞ-ın dövlət katibi təyin olunduqdan sonra onun yerinə müavini Cina Haspel gətirilib.
Qeyd edək ki, D.Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad edib.
Əvəz ZEYNALOV