Modern.az

Daha 14 nəfərin ölümündə “Rusiya izi” axtarılır

Daha 14 nəfərin ölümündə “Rusiya izi” axtarılır

Dünya

13 Mart 2018, 17:46

Britaniyanın daxili işlər naziri Amber Rad Mİ-5 hərbi  kəşfiyyat idarəsi ilə birgə Britaniya parlamentinin deputatlarının şübhəsi əsasında daha 14 nəfərin qətlini araşdıracaqlar. Modern.az xəbər verirki bu barədə nüfuzlu “Tha Guardian” nəşri məlumat yayıb.

 

Nəşrin məlumatına görə bu barədə çıxışla parlamentin Daxili işlər üzrə komitəsinin sədri İvett Kuper məsələ qaldırıb. O, bunu eks polkovnik Sergey Skripalın və onun qızının zəhərlənmə hadisəsi ilə bağlı araşdırmanın nəticələrindən və ABŞ xüsusi xidmət orqanlarının bu 14 qətl barədə şübhələrindən sonra edib.

Qeyd olunduğu kimi bu siyahıya iş adamı Baris Berezovski və FTX-nin (Federal təhlükəsizlik xidmətinin) keçmiş əməkdaşı Aleksandr Litvinenkonun qətli də daxildir.

 

Əvəz ZEYNALOV

Whatsapp
Bizə yazın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir