Polşa prezidenti seçkilərdəki qələbəsi münasibətilə Rusiya dövlət başçısı Putini təbrik etməyəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu bardədə Polşa liderinin dəftərxana rəhbəri Kşiştof Şerski bildirib.
Onun sözlərinə görə, Polşa prezidenti A.Duda indiki situasiyanı təbrik üçün yaxşı məqam hesab etmir.
Bununla yanaşı, Şerski Polşa lideri A.Dudanın yalnız Putinin andiçməsi zamanı formal diplomatik təbrik göndərə biləcəyini istisna etməyib.
Rusiyada prezident seçkiləri martın 18-də keçirilib. Hazırkı dövlət başçısı Vladimir Putin seçkilərin yekunlarına görə, 76,68% səslə qalib gəlib.