Hindistanın şimalında yerləşən Pratapqarx şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az-ın məlumatına görə, yük maşınının taksi ilə toqquşması nəticəsində 10 nəfər ölüb.
Daha 6 nəfərin yaralandığı deyilir.
Bildirilir ki, taksi sərnişinləri məbədə ibadətə gedirmiş.
Yük maşınının sürücüsü həbs olunub.