Modern.az

Bu Avropa ölkəsi rusiyalı diplomatları qovmaqdan imtina etdi

Bu Avropa ölkəsi rusiyalı diplomatları qovmaqdan imtina etdi

Dünya

27 Mart 2018, 17:36

Lüksemburqun xarici işlər naziri Jan Asselborn rusiyalı diplomatların ölkədən qovulmayacağını deyib.

 

Modern.az xəbər verir ki, jurnalistlərin qarşısına çıxan xarici işlər naziri Jan Asselborn ölkədə onsuz da az sayda rus diplomatının olduğunu və onların arasında casusluq edən şəxsi müəyyən edə bilmədiklərini deyib.

“Bizim ölkədə çox az sayda rus diplomatı var və onlar arasında casus tapmaq cəhdlərimiz uğur qazanmayıb”.

 

Bununla belə, o, Lüksemburqun Böyük Britaniya ilə 100% həmrəy olduğunu deyib.

  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müdafiə xətti yarıldı,Ordumuz irəlilədi- Bu ərazilər nəzarətimizə keçdi