Modern.az

Azərbaycanlı iş adamı 1 gündə 1,3 milyard dollar itirdi

Azərbaycanlı iş adamı 1 gündə 1,3 milyard dollar itirdi

İqtisadiyyat

10 Aprel 2018, 10:52

Ötən gün ABŞ-ın tətbiq etdiyi sanksiyalar Rusiyanın fond bazarının çökməsinə səbəb olub.

 

Modern.az Rusiya xəbər verir ki, “Bloomberg” agentliyi rusiyalı milyarderlərin 16 milyard dollar pul itirdiyindən yazır.

Onlar arasında Azərbaycan əsilli iş adamı, “Lukoyl”un prezidenti Vahid Ələkbərov da var. İş adamının sanksiyalara görə, 1 gündə 1,37 milyard dollar sərvətini itirdiyi yazılır.

 

Ən çox pul itkisi ilə üzləşən rusiyalı iş adamı isə “Norilskiy nikel” holdinqinin sahibi Vladimir Potanindir. Potanin sanksiyalar nəticəsində 2,25 milyard dollar sərvətindən məhrum olub.

Yəhudi əsilli rusiyalı iş adamı Viktor Vekselberq isə ən çox pul itirən 3-cü iş adamıdır. O, sanksiyalara görə, 1,28 milyard dollar itirib.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir