Modern.az

Bakıda ağır qəza: sürücü öldü

Bakıda ağır qəza: sürücü öldü

20 Aprel 2018, 09:17

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Modern.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadla xəbər verir ki, Bakı şəhərinin Sabunçu rayonunda “Mercedes” markalı minik avtomobili beton maneəyə çırpılıb.

Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri avtomobilin sürücüsü, 1972-ci il təvəllüdlü Bağırov Əsəd Ədalət oğlunun sıxılmış vəziyyətdə qalmış cəsədini nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir