ABŞ prezidenti Donald Tramp mayın 22-də Ağ evdə Koreya Respublikası prezidenti Mun Ce İni qəbul edəcək.
Modern.az xəbər verir ki, bu barədə Ağ evin mətbuat xidmətindən məlumat verilib.
İki ölkə rəhbəri ABŞ lideri Donald Trampla Şimali Koreya lideri Kim Çen In ilə gələcək görüşünü müzakirə edəcəklər.
Ağ evin mətbuat xidmətindən bu görüşün məqsədinin həmçinin iki ölkə arasındakı sıx müttəfiqlik əlaqələrini vurğulamaq olduğunu da bildiriblər.
Qeyd edək ki, ABŞ lideri ilə Şimali Koreya liderinin görüş yeri hələ də dəqiqləşdirilməyib.