Modern.az

“Digər torpaqlarımız da bu cür azad ediləcək”- Azay Quliyev 

“Digər torpaqlarımız da bu cür azad ediləcək”- Azay Quliyev 

Aktual

9 İyun 2018, 15:58

“Günnüt kəndinin ordumuzun nəzarəti altına keçməsi Lələ təpədən başlanan təmizləmə əməliyyatının uğurlu davamıdır”. 

Modern.az xəbər verir ki, bu sözləri Prezident yanında QHT-lərə Dəstək Şurasının sədri, millət vəkili Azay Quliyev Twitter hesabında yazıb. 

“Düşmən bilməlidir ki, Azərbaycanın Ali Baş Komandanının və qəhrəman əsgərinin iradəsi ilə işğal altında olan torpaqlar bu cür azad ediləcək”- deyə Azay Quliyev əlavə edib. 

Millət vəkili fikirlərini “Seçim Ermənistanındır…” sözləri ilə tamamlayıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok