Modern.az

Turistlərdən gündəlik vergi yığılacaq

Turistlərdən gündəlik vergi yığılacaq

Dünya

13 İyun 2018, 16:58

Tunis hakimiyyəti turistlərdən adam başına günlük 1 avro turizm vergisi yığacaq.

 

Modern.az “Profi travel”ə istinadən xəbər verir ki, yalnız 12 yaşına qədər uşaqlar bu vergidən azad olacaqlar.

 

Bundan əvvəl də 2015-ci ilə qədər Tunisdə turistlərdən vergi alınırdı. Lakin bu vergi ölkədən çıxış zamanı cəmi 15 avro ödənilməsi ilə kifayətlənirdi.

 

Bu rüsum Susada terror hadisəsindən sonra yığışdırıldı. Buna səbəb terrordan sonra turist axının aşağı düşməsi idi.

Hazırki rüsumun isə ölkə büdcəsinə 17,4 milyon avro verəcəyi hesablanır.

 

Əvəz ZEYNALOV

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir