Modern.az

Erməni generalın Qarabağdakı mülkündə axtarış aparıldı

Erməni generalın Qarabağdakı mülkündə axtarış aparıldı

Aktual

20 İyun 2018, 14:43

Erməni general Manvel Qriqoqyanın növbəti cinayət əməli üzə çıxıb.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, işğal altındakı Dağlıq Qarabağ regionunda generala məxsis malikanədə də çoxlu sayda konserv və əsgər payları aşkar olunub.

 

Ermənistan Təhlükəsizlik Xidmətinin əməkdaşları iyunun 20-i səhər saatlarından başlayaraq “Ara Ler” adlanan ərazidə axtarışlar apararaq çoxlu sayda ət konservi, gigiyena vasitələri, benzin, patron və avtomatlar tapıblar.

 

Axtarışın videosu yaxın saatlarda ictimaiyyətə təqdim olunacaq.  

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir