Modern.az

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

Paşinyana qarşı qaldırılan cinayət işi bağlanıb

21 İyun 2018, 21:43

Ermənistanın hüquq-mühafizə orqanları kütləvi aksiyalar zamanı baş nazir Nikol Paşinyana və onun bir neçə tərəfdarına qarşı qaldırılmış cinayət işini bağlayıblar. Modern.az xəbər verir ki, Ermənistan mətbuatının məlumatına görə, bu barədə Ermənistanın Xüsusi İstintaq Xidməti məlumat yayıb.

 

Qurumun saytında bildirilir ki, iyunun 21-də Ermənistan Respublikasının Xüsusi İstintaq Xidməti həmin şəxslərə qaşrı cinayət işinin bağlanması cinayət təhqiqatının dayandırılması və cinayət işinin bağlanması barədə qərar qəbul edib.

 

Ermənistan müxalifətinin rəhbəri Nikol Paşinyan mayın 8-də ölkənin baş naziri seçilib. Bu, Yerevanda keçirilən kütləvi etiraz aksiyaları fonunda baş verib. 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir