Modern.az

Ölkənin qaranlıqda qalmasının səbəbləri açıqlandı: Havaların kəskin isti keçməsi

Ölkənin qaranlıqda qalmasının səbəbləri açıqlandı: Havaların kəskin isti keçməsi

Aktual

3 İyul 2018, 01:27

Bir necə gündür havaların kəskin isti keçməsi nəticəsində elektrik enerjisinə olan tələbat kəskin şəkildə  artıb və elektrik avadanlıqlarının istismarında açılmalar baş verib.

Modern.az xəbər verir ki, bu haqda Energetik Nazirliyi və “Azərenerji” ASC-nin birgə məlumatında bildirilir.

İlkin ehtimala görə, Mingəçevirdə əsas düyün yarımstansiyasında baş vermiş açılma səbəbindən sistemdə qəza açılması qaçılmaz olub.

"Vəziyyət tam nəzarət altındadır. Ölkə üzrə mərhəli şəkildə enerjinin təminatı bərpa edilməkdədir. Bir sıra bölgələrdə artıq enerji təmintı həyata keçirilib. Qısa müddət ərzində digərlərində də veriliş yerinə yetiriləcək.

Əlaqədar dövlət struktarlarından yaradılmış operativ əməliyyat qurupu və Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer Xidməti bütün lazımi tədbirlərin görülməsi üçün zəruri işləri həyata keçirir", -deyə məlumatda vurğulanır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir