Avropa Liqasında mübarizə aparan “Neftçi” ilk matçına çıxıb. Modern.az xəbər verir ki, “Neftçi” ilk mərhələdə Macarıstanın “Uypeşt” klubu ilə qarşılaşıb.
"Neftçi" qapısında ilkin qol görüb. Oyunun 9-cu dəqiqəsində Naqi qonaqları hesabda önə çıxarıb.
Amma "Neftçi" 24-cü dəqiqədə hesabı bərabərləşdirib. Baqali Dabo komandasının bərabərlik qolunu vurub.
Baqali Dabo 72-ci dəqiqədə 2-ci qolu vuraraq "Neftçi"ni önə keçirib. Amma bu da oyunda vurulan son qol olmayıb.
Emin Mahmudov 90+2-ci dəqiqədə "Neftçi"nin 3-cü qolunu vurub. Bununla da oyun "Neftçi"nin 3:1 hesablı qələbəsi ilə başa çatıb.