Modern.az

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü

"Tok"la balıq tutmaq istəyərkən şəxs özü öldü

Aktual

16 İyul 2018, 21:49

Ağstafa sakinini balıq tutarkən elektrik cərəyanı vurub. Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Eynallı kəndində baş verib. Kənd sakini 1984-cü il təvəllüdlü Mahmudov İlkin Məhəmməd oğlu kəndin ərazisində olan su kanalında elektrik cərəyanı ilə balıq tutmaq istəyərkən cərəyan onu vurub öldürüb.

 

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir