Modern.az

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu

Maradona Fransanın Dünya Çempionluğunu şübhə altına qoydu

Dünya

17 İyul 2018, 13:36

Əfsanəvi argentinalı futbolçu Diyeqo Armando Maradona Fransanın Dünya Çempionatındakı qələbəsinə mənfi yanaşıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, oyunu şərh edən futbolçu hesab 1:1 olarkən Xorvatiyanın qapısına penal təyin olunmasını səhv adlandırıb.

“Top Perişiçin əlinə dəyən zaman on bir metrlik cərimə zərbəsi təyin olunmamalı idi. VAR sistemi səhvlərə yer verməməlidir”.

 

Maradona müasir futbolu da tənqid edib. Vaxtındas topla daha çox driblinq etdiyini xatırladan ulduz futbolçu hazırda onu təəccübləndirəcək oyuçu görmədiyini deyib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir