Ermənistan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturovun ölkəni tərk etməsinə icazə verilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Xaçaturovun beynəlxalq təşkilatın sədri olduğu nəzərə alınaraq Moskvaya getməsinə icazə verilib.
O 2008-ci il martın 1-də Yerevanda etiraz aksiyaları zamanı 10 etirazçının ölümü, 200 nəfərin isə yaralandığı hadisələrə görə məsuliyyətə cəlb edilib.