Modern.az

ABŞ səfiri atəşə tutuldu

ABŞ səfiri atəşə tutuldu

5 Avqust 2018, 20:50

Banqladeşin paytaxtı Dəkkədə ABŞ səfiri Marş Berniketin içərisində olduğu avtomobilə bir qrup silahlı şəxs hücum edib. Modern.az “Report”a istinadən xəbər verir ki, bu barədə Amerikanın Banqladeşdəki səfirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, hücum edən şəxslərdən bir neçəsi motosikletdə olub.

 

"Səfir, sürücüləri və təhlükəsizlik xidmətinin əməkdaşları xəsarət almayıblar, lakin mühafizənin iki avtomobilinə ziyan dəyib", - deyə xarici siyasət idarəsinin bəyanatında bildirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi