Modern.az

İŞİD özünə yeni lider seçdi

İŞİD özünə yeni lider seçdi

Dünya

13 Avqust 2018, 16:40

İŞİD qruplaşmasının lideri Əbubəkr Əl Bağdadi ağır yaralanıb.

 

Modern.az xəbər verir ki, İraqın “Al-Sumaria” kanalı iyun ayından yataq xəstəsi olan Bağdadinin yeni varisinin seçildiyini açıqlayıb.

 

Onun varisi olaraq Əbu Osman əl-Tunisinin seçildiyi bildirilir. İraq ordusunun komandanlığı da bu xəbəri təsdiqləyib.   

İraq ordusunun hava hücumu zamanı Bağdadinin ağır xəsarət alaraq rəhbərlikdən tam uzaqlaşdığı bildirilir.  

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir