Modern.az

İsveçdə 200 maşını yandırdı, Türkiyədə həbs olundu

İsveçdə 200 maşını yandırdı, Türkiyədə həbs olundu

Aktual

15 Avqust 2018, 15:31

İsveçin Qötebork şəhərində avtomobilləri yandırmaqda şübhəli bilinən şəxs həbs edilib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, avqustun 14-də 200 maşının yandırılmasında şübhəli bilinən şəxs Türkiyədə həbs edilib.

 

Saxlanılan şəxsin 20 yaşlarında bir gənc olduğu qeyd edilir.

 

Qeyd edək ki, avqustun 14-də naməlum şəxslər İsveçin müxtəlif şəhərlərində 200-ə yaxın maşının məqsədyönlü şəkildə yandırıblar. Onlar papaqla üzlərini örtərək əllərində yanacaqla dolu kanistr maşınlara yaxınlaşır və şüşələrini qıraraq yanacağı töküb od vurublar. Bundan sonra sakit vəziyyətdə digər maşınlara da eyni işi görüblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir