Modern.az

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Fəhlə işləyən gənc faciəli şəkildə öldü

Aktual

18 Avqust 2018, 23:27

Gəncədə kişi avtomobildən boşaldılan torpaq kütləsinin altında qalaraq ölüb. Modern.az “Report”a istinadən xəbər verir ki, şəhər sakini, 1997-ci il təvəllüdlü Aslanov Altay Rəfail oğlu işlədiyi yerdə yük avtomobilindən boşaldılan topraq kütləsinin altında qalıb. Ağır bədən xəsarətləri alan gənc dərhal özəl xəstəxanaların birinə aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək