Tanzaniyada baş verən bərə qəzasında ölənlərin sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, qəza nəticəsində 136 nəfər həlak olub.
Qeyd edək ki, Viktoriya gölündə göyərtəsində 300-dən artıq insan olan bərə qəzaya uğrayıb.
Tanzaniyanın prezidenti Con Maqufuli qəza nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar ölkədə 4 günlük matəm elan edib.