Bakı sakini küçədə qarət edilib.
Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, sentyabrın 19-da DİN-in “102-Zəng Mərkəzi”nə müraciət edən Bakı şəhər sakini Vladimir Yeqorov Xətai rayonu ərazisində evinin qarşısında naməlum şəxsin onun 400 manatını açıq talama yolu ilə aldığını bildirib.
Məlumatla əlaqədar Xətai RPİ 35-ci Polis Bölməsinin əməkdaşları dərhal hadisə yerinə yollanıb. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən 2 nəfər saxlanılıb.
Araşdırmalarla onların əvvəllər məhkum olunmuşlar - Mingəçevir şəhər sakini Razi Əliyev və Göygöl rayon sakini Emin Qədimov olduqları müəyyən edilib.
Şəxsi axtarış zamanı onlardan narkotik vasitə olan heroin də aşkar edilərək götürülüb.