Modern.az

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

Övladına məktəbli geyimi ala bilməyən ata intihar etdi

23 Sentyabr 2018, 00:03

Türkiyə Kocaelinin Körfez bölgəsində bir müddətdir işsiz olduğu bildirilən 45 yaşlı İsmail D. hamam otağında özünü iplə asmış halda tapılıb. Modern.az Türkiyə mediasına istinadən bildirir ki, həyat yoldaşı Hafize Devrimin xəbərdarlığı ilə hadisə yerinə gələn sağlamlıq işçiləri İsmail Devrimin həyatını itirdiyini müəyyən ediblər.

2 uşaq atası olan İsmail Devrimin məktəbə gedən uşağına geyim ala bilmədiyi üçün intihar etdiyi iddia edilib.

 

Hadisə ilə bağlı araşdırma başlanılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir